İranda etiraz aksiyaları genişlənməkdə davam edir, ölkə üzrə təhlükəsizlik tədbirləri gücləndirilir.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bəyanatda bildirilir ki, ölkənin müxtəlif bölgələrində yollar bağlanır, ictimai nəqliyyatın fəaliyyəti pozulub, internetə çıxışda genişmiqyaslı məhdudiyyətlər tətbiq olunur.
Qeyd olunur ki, aviaşirkətlər İrana və İrandan uçuşları məhdudlaşdırmaqda və ya tamamilə ləğv etməkdə davam edir. Bir sıra aviaşirkətlər uçuşları yanvarın 16-dək dayandırıb.
Dövlət Departamenti İranda olan ABŞ vətəndaşlarını internet kəsintilərinin davam edəcəyinə hazır olmağa, alternativ rabitə vasitələrini əvvəlcədən planlaşdırmağa çağırıb.
Təhlükəsizlik şəraiti imkan verdiyi halda, İranı quru yolu ilə Ermənistan və ya Türkiyə istiqamətində tərk etmək tövsiyə olunur.
Aznews.az