Texas polisi "Formula-1"in sabiq pilotu, braziliyalı Antonio Pitssoniyanı həbs edib.
Aznews.az xəbər verir ki, bu barədə "Formula Passion" nəşri məlumat yayıb.
Pitssoniya bir nəfərə hücum etdiyi üçün saxlanılıb. O, oğlunun iştirak etdiyi kartinq yarışından sonra digər uşağın atası ilə mübahisə edib və bu, davaya çevrilib. A.Pitssoniya girov müqabilində sərbəst buraxılıb.
Qeyd edək ki, 45 yaşlı sabiq pilot 2003-2005-ci illərdə "Formula-1"də "Uilyams" və "Yaquar" komandalarının heyətində çıxış edib.