Makkeyn Putinin cavabını “Pravda”da verəcək!

14 Sentyabr 2013 12:30 (UTC+04:00)
Rusiya Prezidenti Vladimir Putinin "Nyu York Tayms" qəzetinə yazdığı məqaləyə ABŞ senatoru Con Makkeyn "Pravda" qəzetində cavab verəcək. Com Makkeyn bu məqaləni Putinin liderliyinə qarşı hücum üslubunda yazacaq. Buna baxmayaraq, "Pravda" qəzetinin redaktorları həmin məqaləni dərc etməyə hazır olduqlarını bildiriblər.

"Foreign Polis"in xəbərinə görə, "Pravda"nın ingilis dilli şöbəsinin redaktoru Dmitri Sudakov "Con Makkeyn bizim üçün nəsə yazmaq istəyirsə, məmnun olarıq, - deyib. - Cənab Makkeyn artıq neçə illərdir ki, Rusiayaya qarşı mövqe tutan siyasətçidir. Biz onun Rusiya və beynəlxalq siyasət haqqındakı mövqeyini tənqid etmişik, bununla belə, Con Makkeyn kimi görkəmli siyasətçinin məqaləsini çap etməyə şad olarıq". "Biz onun dediyi çox şeylə razılaşmaya bilərik, amma sizi inandırıram ki, Cənab Makkeynin məqaləsi ingilis dilində olduğu kimi və eyni zamanda rus oxucularımızın rahat başa düşməsi üçün rus dilində də nəşr olunacaq", - Sudakov deyib.

Xəbər "Axar.az"dan gəlir