Zaqatalada avtoqəza olub, ölən və xəsarət alan var

13 Yanvar 2026 16:38 (UTC+04:00)

Zaqatalada yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var.

Aznews.az xəbər verir ki, "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.