İranda hökumət əleyhinə etirazlarda ölənlərin sayı 2 minə yaxınlaşıb

13 Yanvar 2026 16:46 (UTC+04:00)

İranda hökumət əleyhinə etiraz aksiyaları bütün intensivliyi ilə davam edərkən, ölənlərin sayının 2 minə yaxınlaşdığı bildirilir.

İran dövlət televiziyasının məlumatına görə, İran Məhkəmə-Tibbi Ekspertiza Təşkilatının sədri Abbas Məscidi Arani etirazlarda həyatını itirən şəxslərin ölüm səbəbləri ilə bağlı açıqlama verib.

Arani bildirib ki, hadisələr zamanı ölənlərin mühüm bir hissəsinin kəsici alətlərlə həyati orqanlarının hədəf alınması, çox yaxın məsafədən ov tüfəngi ilə açılan atəş və ya damlardan alınan zərbələr nəticəsində həyatını itirdiyi müəyyən edilib.

Mövsüm,

AzNews.az