Çexiyanın baş naziri Andrey Babiş 12 yanvar tarixində ölkənin əvvəlki hökumətini Ukraynaya göndərilən silah tədarüklərinin həcmini gizlətməkdə günahlandırıb.
Babişin sözlərinə görə, hökumət sursatlarla bağlı təşəbbüs barədə ictimaiyyəti məlumatlandırmayıb və bu məsələni hərbi kəşfiyyatın büdcəsində gizlədib.
“Biz sursat təşəbbüsü barədə heç nə bilmirdik. Onlar bunu daim gizlədib hərbi kəşfiyyatın büdcəsində ört-basdır edirdilər. Bu, şəffaf deyil. Çexiya büdcəsinə gizli şəkildə 17,1 milyard kron (təxminən 705 milyon avro — red.) məbləğində vəsait silahlanmaya yönəldilib. Bütün bunlar gizli saxlanılıb, hamısı tam məxfi olub”, — deyə Babişin sözlərini České noviny qəzeti sitat gətirib.
Çexiyanın sabiq baş naziri Petr Fiala isə Babişi tənqid edərək bildirib ki, bu cür təşəbbüslərin açıq şəkildə müzakirə olunması Ukraynaya silah tədarükündə iştirak edən insanlar və şirkətlərin təhlükəsizliyinə təhdid yaradır.
Mövsüm,
AzNews.az