Rövşən Rzayev vətəndaş qəbulunu keçirib

13 Yanvar 2026 16:57 (UTC+04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 13-də vətəndaşların növbəti qəbulunu keçirib.

Aznews.az xəbər verir ki, Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və qaldırılan məsələlərin müvafiq qaydada araşdırılacağı eləcə də qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi diqqətə çatdırılıb.

Komitə sədri deyib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.