Ayxan Abbasov Azərbaycan millisinin futbolçusunun hazırkı durumu ilə maraqlanıb

13 Yanvar 2026 17:22 (UTC+04:00)

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın direktoru İlqar Qurbanov yığmanın futbolçusu Renat Dadaşovla görüşüblər.

Aznews.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Görüş Türkiyənin Antalya şəhərində baş tutub.

R.Dadaşovun çıxış etdiyi Polşanın "Motor" klubu sözügedən ölkədə təlim-məşq toplanışındadır.

Ayxan Abbasov və İlqar Qurbanov hücumçunun hazırkı durumu ilə maraqlanıb və mövsümün ikinci yarısında ona uğurlar arzulayıblar.