"Dəmirli" Filiz Emalı Kompleksində 260 nəfər keçmiş məcburi köçkün işlə təmin edilib

13 Yanvar 2026 17:33 (UTC+04:00)

Ağdərə rayonunun Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksində ilkin mərhələdə 980 nəfər daimi işlə təmin olunub.

Aznews.az xəbər verir ki, bu barədə kompleksin açılışında iştirak edən Prezident İlham Əliyevə məlumat verilib.

Qeyd olunub ki, işlə təmin edilənlərin 260 nəfəri keçmiş məcburi köçkün, o cümlədən işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır.

Bildirilib ki, növbəti illərdə əksəriyyəti yerli icmaları təmsil edən vətəndaşlar üçün daimi iş yerlərinin sayının 1250-yə çatdırılması planlaşdırılır.