Bu il Ağdərənin Çıldıran kəndində daha 30 evin bərpası planlaşdırılır.
Aznews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevə kənddə görülmüş işlərlə barədə məlumat verərkən bildirilib.
Qeyd edilib ki, kənddə 177 fərdi ev mövcuddur ki, onlardan da 69-u yararsız, 108-i isə qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib.
Hazırda ilkin olaraq kəndə 13 ailə (48 nəfər) qayıdıb.