ABŞ prezidenti Donald Tramp, İranın ölkə miqyasında hökumət əleyhinə etirazlara qarşı sərt tədbirlər görəcəyi və onları zorakılıqla yatıracağı təqdirdə ABŞ-ın müdaxilə edəcəyi barədə mesaj göndərmişdi.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirilən müntəzəm mətbuat brifinqində İrandakı etirazlar və ABŞ-ın ölkəyə müdaxilə ilə bağlı açıqlamalarına münasibət bildirib.
Mətbuat katibi Mao İranın ölkəyə sabitlik gətirəcəyinə ümid etdiklərini və bu səbəbdən İranı dəstəklədiklərini bildirib və əlavə edib ki , "Biz ölkələrin daxili işlərinə müdaxiləyə və beynəlxalq münasibətlərdə güc tətbiqinə qarşıyıq".
Mao İrandakı hadisələri yaxından izlədiklərini və Çin vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcəklərini vurğulayıb.
Çin sözçüsü bütün tərəflərin Yaxın Şərqdə sülh və sabitliyə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Mövsüm,
AzNews.az