Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov yığmanın futbolçusu Renat Dadaşovla görüşdə onun performansı ilə maraqlanıb.
Aznews.az xəbər verir ki, Bunu yığmanın çalışdırıcısı özü deyib.
A.Abbasov Polşanın "Motor" kollektivində çıxış edən yığma üzvü ilə görüşündən danışıb:
"Renat Dadaşovun komandası da Türkiyədə hazırlıq keçir. Bu üzdən önunla görüşdük. Vəziyyəti, performansı ilə maraqlandıq".
O, hazırda Türkiyənin Antalya şəhərində Azərbaycan klublarının qış təlim-məşq toplanışını izlədiyini bildirib:
"Klublarımızın qış toplanışını yaxından izləyirik, yoxlama görüşü keçirən komandalarımızın matçlarına baxırıq. Bu işdə köməkçi məşqçilərin də yardımı olur. Çalışırıq ki, Anlalyada olduğumuz müddətdə bütün qarşılaşmaları izləyək. Futbolçuların yoxlama görüşlərində özlərini hansı tərəfdən göstərmələri önəmlidir".