Qusarda avtomobil məktəbliləri vurub, xəsarət alanlar var

13 Yanvar 2026 18:15 (UTC+04:00)

Qusar şəhərində məktəblilərin vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə 2 nömrəli məktəbin qarşısında baş verib.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki məktəblini vurub.

Hadisə nəticəsində 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.