Azərbaycan və Türkiyə arxeoloqları əməkdaşlıq edəcək

13 Yanvar 2026 18:32 (UTC+04:00)

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun sədri Şaban Doğan rəhbəri olduqları elmi-tədqiqat müəssisələrinin qarşılıqlı əməkdaşlığı haqqında memorandum imzalayıblar.

Aznews.az xəbər verir ki, Bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, iki ölkənin uyğun qurumları arasında görüş keçirilib, Azərbaycan ərazisində abidələr və arxeoloji tədqiqatlar mövzusuna toxunulub. Tərəflər, xüsusilə, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində türk-İslam dövrü arxeoloji abidələrinin dağıdılması, Qafqaz Albaniyasının xristian abidələrinin mədəni mənsubiyyətinə qarşı saxtalaşdırmalar və bu abidələrdə hər iki elmi-tədqiqat müəssisələrinin planlaşdırdığı arxeoloji tədqiqatlar barədə fikirlərini bölüşüblər.