Cənubi Koreyada keçmiş prezidentin edamı tələb edilib

13 Yanvar 2026 18:37 (UTC+04:00)

Cənubi Koreyada prokurorluq keçmiş prezident Yun Sok Yolun ölkədə hərbi vəziyyət elan edərək hakimiyyəti qəsb etməyə cəhd etməkdə ittiham edərək edam hökmü tələb edib.

Aznews.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

İttiham tərəfinin versiyasına görə, Yun üsyanın əsas fiquru olub eyni zamanda, məhkəmələri və parlamenti nəzarətə götürməklə hakimiyyətini qorumağa çalışıb.

Tələb Seulun Mərkəzi Dairə Məhkəməsində Yunun işi üzrə yekun məhkəmə iclasında səsləndirilib.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edib. Bu qərar ölkə sakinlərinin narazılığına səbəb olub və parlament tez bir zamanda onun ləğvi üçün səs verib. Nəticədə dövlət başçısı sərəncamı ləğv etməyə razılaşıb.

Bundan sonra Cənubi Koreya parlamenti Yun Sok Yolun impiçmenti üçün səs verib, o hazırda həbsdədir.