Xocalıda yanğına səbəb olan çoban saxlanılıb

13 Yanvar 2026 18:48 (UTC+04:00)

Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Aznews.az xəbər verir ki, araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

B. Əhmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.