ATƏT-in Rusiyanın Ukraynaya zərbələri səbəbindən təcili iclası keçiriləcək

13 Yanvar 2026 19:16 (UTC+04:00)

Ukrayna xarici işlər naziri Andrey Sibiqa, Kiyevin tələbi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) təcili iclasının keçiriləcəyini elan edib.

Aznews.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bunun səbəbi Rusiyanın Ukraynaya zərbələri və Moskvanın ABŞ-nin himayəsi altında irəli sürülən sülh təşəbbüslərini nəzərə almamasıdır.

ATƏT-in təcili debatları yanvarın 15-i keçiriləcək və Rusiyaya beynəlxalq təzyiqin növbəti elementi olacaq.