Tramp iranlıları etirazları davam etdirməyə çağırıb

13 Yanvar 2026 19:18 (UTC+04:00)

İranda etirazçılara qarşı zorakılıq dayandırılana qədər ölkə rəsmiləri ilə bütün görüşlər ləğv olunub.

Aznews.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

"İranlı vətənpərvərlər, etrazları davam etdirin – öz müəssisələrinizi ələ keçirin!!! Zorakılıq edənlərin adlarını unudun. Onlar ağır bədəl ödəyəcəklər. Mən etirazçıların mənasız qətlə yetirilməsi dayandırılana qədər bütün görüşləri ləğv etmişəm. Kömək artıq yoldadır", - Tramp qeyd edib.