İran rəsmisi: Etirazlarda 2 min nəfər ölüb

13 Yanvar 2026 19:23 (UTC+04:00)

İranda iki həftədir davam edən ölkəmiqyaslı etirazlar zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla təxminən 2000 nəfər həlak olub.

Aznews.az xəbər verir ki, bunu "Reuters"ə İran rəsmisi bildirib.

O, etirazçıların və təhlükəsizlik qüvvələrinin ölümündə "terrorçu" adlandırdığı şəxsləri günahlandırıb.

Qeyd edək ki, daha əvvəl "Sky News" da adı açıqlanmayan İran rəsmisinə istinadən etirazlarda ölənlərin sayının 2 min olduğunu açıqlayıb.