Britaniya kütləvi etirazlar fonunda İran səfirini çağırıb

13 Yanvar 2026 19:24 (UTC+04:00)

Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper İran səfirini çağırıb.

Aznews.az xəbər verir ki, bu barədə "Sky News" xəbər yayıb.

Kuperin sözlərinə görə, qərar etirazçılara qarşı zorakılıq tətbiqi ilə bağlı daxil olan xəbərlər fonunda qəbul olunub.

O bildirib ki, onun tapşırığı ilə Yaxın Şərq məsələləri üzrə nazir səfiri çağırıb ki, situasiyanın bütün ciddiliyini vurğulamaq və Britaniya tərəfinin aldığı dəhşətli xəbərlərlə bağlı İrandan izahat tələb etmək mümkün olsun.

İcmalar Palatasında çıxış edən Kuper Londonun etirazçıların amansızcasına qətlə yetirilməsini ən sərt şəkildə pislədiyini vurğulayıb.

Bundan bir gün əvvəl İvett Kuper iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı apararaq, Böyük Britaniya tərəfindən Tehranın hərəkətlərinin tamamilə qəbul edilmədiyini bildirib.