"Qəzza Məhkəməsi"nin yekun qərarı Türkiyə Prezidentinə təqdim edilib

13 Yanvar 2026 19:49 (UTC+04:00)

İslam Əməkdaşlıq Təşkilatı Gənclik Forumu tərəfindən (ICYF) Qəzza zolağında baş verənləri araşdırmaq üçün qurulan qlobal və müstəqil təşəbbüs - "Qəzza Məhkəməsi"nin yekun qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Aznews.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş yanvarın 9-da keçirilsə də, təfərrüatlar bu gün açıqlanıb.

Qərarda əsas qabardılan məsələlər Qəzza zolağındakı aclıq və ekosid – təbiətin sistematik şəkildə məhvi ilə bağlıdır. Bununla yanaşı, yaşayış evlərinin məhv edilməsi, səhiyyə infrastrukturu, tibb işçilərinin hədəf alınması, jurnalistlər və təhsil qurumlarına qarşı hücumlar da beynəlxalq hüquqa görə ağır cinayət kimi qiymətləndirilib.