Rəsmi Karakas: Venesuelada prezident vəzifələri müvəffəqiyyətlə icra edilir, dövlət qurumları işləkdir

13 Yanvar 2026 20:01 (UTC+04:00)

Venesuelada prezident vəzifələri müvəffəqiyyətlə icra edilir, dövlət qurumları işlək vəziyyətdədir.

Aznews.az xəbər verir ki, bunu Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı deyib.

Venesuela naziri telefon danışığı zamanı son inkişaflar barədə ətraflı məlumat verib.

Pinto bununla yanaşı, ABŞ tərəfi ilə dialoqun davam etdiyini, ABŞ şirkətlərinin, xüsusilə energetika sahəsində fəaliyyətlərini bərpa olunduğunu, səfirliklərin qarşılıqlı şəkildə fəaliyyətə başlaması üçün danışıqlar aparıldığını diqqətə çatdırıb.