Azərbaycan Yüksək Liqası: "Neftçi" voleybol komandası turu qələbə ilə başa vurub

13 Yanvar 2026 20:11 (UTC+04:00)

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun növbəti qarşılaşması keçirilib.

Aznews.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Xilasedici" və "Neftçi" komandaları üz-üzə gəliblər.

Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan qarşılaşma "ağ-qaralar"ın 3:2 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun açılış matçında "Azərreyl" "Ordu"ya 1:3 (16:25, 23:25, 25:16, 22:25) hesabı ilə uduzub.