Qara dənizdə mina təhdidinə qarşı dəniz təhlükəsizliyini təmin etmək məqsədilə Türkiyə, Bolqarıstan və Rumıniyanın yaratdığı işçi qrup (MCM Black Sea) hərbi təlimlər keçirib.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb.
İşçi qrupu 11-14 yanvar tarixlərində Bolqarıstanın Burqas limanında gəmilərdə müxtəlif təlimlər keçirib.
Məlumata görə, işçi qrup Qara dənizdə sülh, sabitliyin təminatı və regional təhlükəsizliyin təmin edilməsində kritik rol oynamağa davam edir.