Azərbaycanda ünvanlı sosial yardıma ayrılan vəsait 4 dəfə artırılıb

13 Yanvar 2026 22:51 (UTC+04:00)

Ünvanlı dövlət sosial yardımı 2018-ci ildə 108 milyon manatdan 2026-cı ildə 465 milyon manata qədər yüksəlib, bu isə 4,3 dəfə artım deməkdir.

Aznews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-də "Hədəf" verilişində deyib.

Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımının orta məbləği 2,4 dəfə, yaşayış minimumu 73 faiz artıb: "Ehtiyac meyarının isə 2,3 dəfə artımına nail olunub".