Basketbol üzrə Azərbaycan Kubokunda növbəti 1/4 finalçı müəyyənləşib

13 Yanvar 2026 22:58 (UTC+04:00)

Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Aznews.az xəbər verir ki, Bakı İdman Sarayında "Naxçıvan"la qarşılaşan "Quba" 105:98 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.

Bölgə təmsilçisinin növbəti raunddakı rəqibi "Sabah" olacaq. Bu mərhələnin oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.

Qeyd edək ki, daha əvvəl "Neftçi" 1/4 finala yüksələrək "Gəncə" kollektivinə rəqib olub.