Laricani Qətərin Baş naziri ilə etiraz aksiyalarını müzakirə edib

13 Yanvar 2026 23:03 (UTC+04:00)

İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdül Rəhman Al Tani arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Tehran ilə Vaşinqton arasında yaranan fikir ayrılıqlarını müzakirə ediblər.

Söhbət əsnasında etiraz aksiyaları və gərginliyin dinc yolla aradan qaldırılması ətrafında fikir mübadiləsinın aparıldığı bildirilib.