Qazaxda minik avtomobili "TIR"a çırpılıb, ölən var

13 Yanvar 2026 23:06 (UTC+04:00)

Qazaxda minik avtomobili "TIR"a çırpılıb, ölən var.

Aznews.az xəbər verir ki, hadisə rayonun Qazaxbəyli kəndində qeydə alınıb.

Yol qəzası nəticəsində minik avtomobilinin sürücüsü Salmanov Kamran Osman oğlu həyatını itirib.

Hadisə yerinə təcili tibbi yardım biriqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.