Bundesliqanın oyunu əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb

13 Yanvar 2026 23:07 (UTC+04:00)

Almaniya Bundesliqasının XVII turunda keçirilməli olan "Hamburq" – "Bayer 04" oyunu əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Aznews.az xəbər verir ki, qarşılaşmanın bu gün Bakı vaxtı ilə saat 22:30-da başlaması planlaşdırılırdı.

Lakin stadionun qar və buzla örtülməsi matçın keçirilməsinə mane olub.

Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı məlumat daha sonra veriləcək.