HRANA: İranda etirazlar zamanı ən azı 550 nəfər saxlanılıb

13 Yanvar 2026 23:08 (UTC+04:00)

İranın Zahidan, Çabahar və İranşəhr şəhərlərində davam edən ümummilli etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən qadınlar, uşaqlar və tələbələr də daxil olmaqla ən azı 350 vətəndaş həbs edilib.

Aznews.az xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən HRANA hüquq müdafiə təşkilatı məlumat yayıb.

Hesabata görə, 320 nəfər Zahidanda, 230 nəfər isə Çabahar və İranşəhrdə saxlanılıb: "Bu həbslər kütləvi və zorakı formada həyata keçirilib, insanlar bədən xəsarətləri alıblar".

Qeyd edək ki, daha əvvəl İranın təhlükəsizlik qüvvələri etirazlarda 297 nəfərin həbs olunduğunu açıqlayıb.