64 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

14 Yanvar 2026 10:57 (UTC+04:00)

Bakıda 64 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Aznews.az xəbər verir ki, yanvarın 12-si saat 18 radələrində 1962-ci il təv. Züleyxa Xanbaba qızı Bayramova yaşadığı Nəsimi rayonu, 3-cü Alatava yaşayış sahəsi ev 235-in hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Aznews.az