Evdən oğurluq edən qardaşlar saxlanıldılar

14 Yanvar 2026 15:25 (UTC+04:00)

Tərtər Rayon Polis Şöbəsinə şəhər ərazisindəki evlərin birindən oğurluq edildiyi barədə məlumat daxil olub.

Aznews.az xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən, rayon sakinləri - əvvəllər məhkum olunan Şirxan Misirov və qardaşı Ələsgər saxlanılıblar.

Belə ki, onların məişət əşyaları oğurlamaqla zərərçəkənə maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

AzNews.az