Azad edilmiş ərazilərdə mədəni irsə dəymiş zərərin əvəzinin ödənilməsi üçün tədbirlər planı hazırlanacaq

14 Yanvar 2026 17:46 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə mədəni irsə dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tədbirlər görüləcək.

Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.

Qeyd edilib ki, həmin ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılması nəzərdə tutulur.

Bildirilib ki, 2026–2030-cu illərdə mövcud vəziyyətin təhlili, məlumatların sistemləşdirilməsi planlaşdırılır.

Bu barədə tədbirlər planının hazırlanması və təsdiqi, mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi və nəticələrin "e-culture" platformasına inteqrasiyası həyata keçiriləcək.