Danimarka Qrenlandiyaya hərbi texnika və ön bölmələr yerləşdirməyə başlayıb.
Bu barədə Danmark Radio (DR) mənbələrə istinadən məlumat verib.
Danimarka müdafiə naziri Troels Lund Poulsen Xarici Siyasət Komitəsinin iclasından sonra bildirib ki, "Biz (Danimarka ordusu – red.) Qrenlandiyada daha daimi və genişmiqyaslı iştirakla irəliləyirik".
Qeyd olunur ki, adaya ilk gələnlər logistika hazırlığının təmin edilməsi və ərazinin əsas bölmələrin yerləşdirilməsi üçün hazırlanması daxil olan komandanlıq qrupları olub.
Mövsüm,
AzNews.az