Dəm qazı can almaqda davam edir: 25 yaşlı oğlan öldü

15 Yanvar 2026 09:42 (UTC+04:00)

Bakıda 25 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

Aznews.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Rüstəm Şabanli oğlu İsmayılov yaşadığı Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 60 ünvanında hamam otağında çimərkən dəm qazından zəhərlənərək həyatını itirib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Aznews.az