7 vəkil cəzalandırıldı

15 Yanvar 2026 09:45 (UTC+04:00)

Yol verdikləri pozuntulara görə 7 vəkil barəsində intizam tənbehi tədbirləri tətbiq edilib.

Aznews.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Bundan başqa, 2 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb. 8 vəkil hakim təyin edildiyi üçün onların fəaliyyətinə xitam verilib.

Aznews.az