Dünya bazarlarında neft ucuzlaşır

15 Yanvar 2026 09:57 (UTC+04:00)

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin mart müqaviləsinin dəyəri 3.23% azalaraq 1 barelə görə 64.37 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin fevral ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 3.27% azalaraq 59.99 ABŞ dollarına bərabər olub.

Aznews.az