6 gün əvvəl maşının vurduğu qadın xəstəxanada öldü

15 Yanvar 2026 10:03 (UTC+04:00)

Yanvarın 9-da Balakən rayon sakini Sadiq Balagözov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə rayonun Qazma kəndindən şəhər istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 64 yaşlı Cəərey Əliyevanı vurub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Cəərey Əliyeva Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Həkimlərin səyinə baxçayaraq C. Əliyeva ötən gün axşam saatlarında aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Aznews.az