Bu il pensiyalar nə qədər artırılacaq?

15 Yanvar 2026 14:05 (UTC+04:00)

2026-cı ildə əmək pensiyalarında indeksləşdirmə ilə 9 faiz civarında artım gözlənilir.

Aznews.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ötən il artımlar indeksləşdirmə ilə 8.1 faiz olub:

"Əmək pensiyalarında artım Qanunda nəzərdə tutulduğu kimi indeksləşdirmə ilə həyata keçirilir. Yaxın günlərdə bununla bağlı qərar verilməlidir. Bu il üçün əmək pensiyalarında indeksləşdirilmə ilə 9 faiz civarında artımı gözlənilir".

Aznews.az