Ukrayna müharibəsindəki barışmaz mövqeyinə görə Avropa ilə qarşıdurması xeyli artan Rusiya, Birləşmiş Krallıqla yeni bir gərginlik yaşayıb.
Rusiya Xarici İşlər Nazirliyi Britaniya diplomatının casusluq ittihamı ilə ölkədən çıxarılacağını açıqlayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, britaniyalı diplomatın Britaniya kəşfiyyatına işlədiyi aşkarlanıb.
Bəyanatda qeyd olunur ki, Moskvadakı Britaniya səfirliyinin müvəqqəti işlər vəkili Danae Dholakia bu səbəbdən Nazirliyə çağırılıb və əlavə edilib : "Diplomatın Britaniya kəşfiyyatı ilə əlaqəli olduğuna dair əldə edilən məlumatlara görə müvəqqəti işlər vəkilinə etiraz notası verilib. Dholakiyaya diplomatın akkreditasiyasının ləğv edildiyi bildirilib. Diplomat iki həftə ərzində Rusiyanı tərk etməlidir".
Mövsüm,
AzNews.az