Almaniya Türkiyəni Avropa təhlükəsizliyi üçün əsas müttəfiq hesab edir

15 Yanvar 2026 18:12 (UTC+04:00)

Avropa Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyanı təhdid kimi qəbul etdiyi və ABŞ ilə münasibətlərin pisləşdiyi bir vaxtda Türkiyə təhlükəsizlik baxımından vacib müttəfiq hesab olunur.

Almaniya Müdafiə Nazirliyi Boris Pistorius ilə Türkiyənin müdafiə naziri Yaşar Güler arasında yanvarın 14-də Berlində keçirilən görüşlə bağlı açıqlama yayıb.

Bəyanata görə, Almaniya naziri Pistorius Türkiyəni Avropa təhlükəsizliyinə əhəmiyyətli töhfə verən əsas müttəfiq hesab etdiyini bildirib və Türkiyə Silahlı Qüvvələrinin NATO-nun cənub cinahının təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.

Mövsüm,

AzNews.az