“Başda ABŞ-nin olmaqla İran əleyhinə bir Qərb koalisiyası yaradılıb. Bu koalisiya uzun müddət İranı iqtisadi sanksiyalara məruz qoyaraq, iqtisadiyyat baxımından zəiflətmək planını işə salmışdı. Məqsəd nədir? Məqsəd İranda iqtisadi və sosial problemlər yaradaraq hakimiyyəti devirməkdir. ABŞ-nin məqsədi, strateji məqsədi İranda hakimiyyəti dəyişmək və İrana özünə münasib bir hakimiyyət qurmaqdır. Uzun müddət ki, ABŞ-nin bu planı özünü doğrultmur. Dəfələrlə müxtəlif təzyiqlər və təxribatlara baxmayaraq, İran dövləti duruş gətirir. Uzun müddət ki, ABŞ-nin və Qərbin İran daxilində pozuculuq işləri aparmaq üçün agentura şəbəkəsi yaradılıb. Bu casus şəbəkəsi müxtəlif strukturlarda fəaliyyət göstərir, həm dövlətin rəsmi, həm də qeyri-rəsmi qurumlarında fəaliyyətini davam etdirir. 12 günlük hərbi əməliyyat zamanı da bu casus şəbəkəsindən maksimum istifadə olunub. Bu şəbəkə ABŞ-nin və İsrailin dəqiq məlumatları əsasında İran generallarının və alimlərinin qətlə yetirilməsində informasiya ötürüb. Artıq bu faktlar bir daha göstərir ki, İran daxilində Qərbin casus şəbəkəsi aktiv fəaliyyət göstərir.”
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, xarici KİV-in məlumatına görə, ABŞ ordusunun yaxın 24 saat ərzində İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyi iddia olunur. Adının açıqlanmasını istəməyən İsrail rəsmisinin sözlərinə görə, Prezident Donald Tramp hücumların başlanması ilə bağlı artıq göstəriş verib, lakin əməliyyatın dəqiq vaxtı və miqyası hələ müəyyənləşdirilməyib. Qeyd olunur ki, Ağ Ev rəhbəri son günlərdə iranlılara müraciət edərək etirazları davam etdirməyə çağırıb və onlara dəstəyin yolda olduğunu bildirib.
Siyasi şərhçi qeyd edib ki, son vaxtlar bu proses özünü göstərməkdədir.
“İranda iqtisadi və sosial çalarlarla etiraz aksiyaları başlanmışdır. Həmin agentura şəbəkəsinin təxribatçı nəzrində bu qarşıdurma, dövlət və xalq arasında qarşıdurma getdikcə pik həddinə çatıb və ölənlər barədə kifayət qədər məlumat verilir. Bu casus şəbəkəsinin təxribatçı nəzrində həm etirazçılardan, həm də dövlət məmurlarından və hüquq-mühafizə orqanlarından qətlə yetirilən şəxslər olub. Şəbəkə çalışır ki, dövlət və etirazçılar arasında qarşıdurma getdikcə pik həddinə gəlsin. Təbii ki, bu plan, yəni İranda baş verən xaos, ABŞ-nin idarə etdiyi bir xaosdur. Məqsəd İranda hakimiyyəti devirmək və üzərində münasib bir hakimiyyət qurmaqdır. Bu baxımdan Prezident Donald Trampın çalışmaları da açıq şəkildə göstərir ki, ABŞ-nin məqsədi İranda açıq hakimiyyəti devirmək və üzərində münasib bir hakimiyyət qurmaqdır. Təbii ki, İran dövləti də bu təxribatlara hələ ki, duruş gətirir. İran ideoloji dövlətdir və burada kifayət qədər oturuşmuş dövlət strukturları mövcuddur. ABŞ-nin bu cür təxribatlarına qarşı İran hələlik dayanıqlıdır. Təbii ki, ABŞ-nin müxtəlif bəhanələrlə hərbi əməliyyatlar başlatmaq üçün bəhanə axtarması davam edir. Ümumilikdə, ABŞ-nin yalan üzərində həqiqət yaratmaq bacarığı da məlumdur. Bunu Venesuelada da gördük. Venesuela da Maduro narkotiklə ittiham olundu, amma hakimiyyət devrildikdən sonra Venesuelanın neft yataqlarına əl qoyuldu. Yəni müxtəlif bəhanələrlə ABŞ-nin öz məqsədini həyata keçirmək üçün beynəlxalq ictimaiyyətdə fikir formalaşdırması müşahidə olunur. Başqa bir misal: ABŞ-nin İraq dövlətini işğal etdiyi dövrdə Səddam Hüseyn hansı ittihamla suçlanırdı? İraq dövlətində kütləvi qırğın silahları var deyə bunu bəhanə edərək ABŞ-nin İraqa hərbi əməliyyat başlatması nəticəsində 500 mindən artıq insan qətlə yetirildi, sərvət talan olundu və Səddam Hüseyn qətlə yetirildi. Sonradan ABŞ-nin rəsmi prezident səviyyəsində etiraf olundu ki, kəşfiyyat məlumatı yalan idi. Yəni ABŞ-nin yalan üzərində həqiqət yaratmaqla öz məqsədini həyata keçirdiyi açıqdır. Və bu baxımdan da İranda baş verən hadisələr ABŞ-nin planları əsasında idarə olunur. Beynəlxalq ictimaiyyət dezinformasiya vasitəsilə aldatılır. Təbii ki, beynəlxalq ictimaiyyətin fikri ABŞ-nin kütləvi informasiya vasitələri tərəfindən formalaşdırılır. Hərbi əməliyyat üçün ABŞ-nin əlində kifayət qədər bəhanələr var. Amma məsələ burasındadır ki, quru hərbi əməliyyatlar olmadan İranda hakimiyyəti devirmək real görünmür. Çünki ayrı-ayrı strateji obyektləri vurmaq və dövlət idarəetmə mərkəzlərini hədəfə almaqla İran dövlətini çevirmək bir qədər real görünmür. İran dövləti ideoloji dövlətdir. Dövlətin kifayət qədər oturuşmuş strukturları mövcuddur və hələlik bu strukturlar dövlət rəhbərliyinə, dini liderə və prezidentə tabedir. Prezident də yaranmış vəziyyətdən çıxmaq üçün dialoqa tərəfdardır və etirazçılarla dialoqun başlanması üçün çağırışlar edir. Amma ABŞ-nin casus şəbəkəsi, hansı ki İranda fəaliyyət göstərir, təxribatçı nəzrində məscidlərin yandırılması, ticarət mərkəzlərinin yanması və qətllər törətməklə siyasi hakimiyyətlə etirazçılar arasında dialoqun qarşısını almağa çalışır. Artıq məsələ çox ciddiləşib. İran rəsmiləri ilə etirazçılar arasında dialoq tezliklə başlamasa, ABŞ-nin dövləti bundan istifadə edərək İranın müxtəlif dövlət qurumlarına zərbə endirə bilər. Çünki ABŞ-nin əlində bu fürsət mövcuddur və bundan maksimum istifadə etmək istəyir. Amma hər hansı bir dövlət qurumunu vurmaqla və hərbi zərbələr endirməklə İranda dövlət çevrilişi etmək real görünmür. Təbii ki, bu proseslərdə İsrail də hədəfdə ola bilər. Əgər Birləşmiş Ştatlar açıq şəkildə İsraillə birgə İrana hərbi əməliyyatlar apararsa, İranın da özünü müdafiə etmək haqqı var. İran kifayət qədər hərbi strukturlara və silahlara malikdir və ABŞ ilə açıq müstəvidə duruş gətirəcək bir dövlət deyil. Amma buna baxmayaraq, İranda gücü çatdığı qədər reaksiya veriləcək. Beynəlxalq ictimaiyyət gözü qarşısında bu cür dövlətlərdə təxribat törədərək dövlət çevrilişləri etmək ABŞ-nin ənənəvi taktikasıdır. Hətta 2014-cü ildə Ukraynada xalq tərəfinin səslənmiş prezidenti həmin ssenari ilə devrilmişdi. O dövrdə Maydanda siyasi etirazlar və ixtişaşlar baş verdi. Nəticədə etirazçılar arasında ölənlər oldu və hakimiyyət dəyişdi. Həmin ssenari İranda da təkrarlanır: iqtisadi çalarlarla etirazlar qaldırılır, təxribat törədilir və qətllər baş verir. Yəni ABŞ-nin bu cür siyasi oyunları istənilən dövlətə tətbiq etmək potensialı vardır. İranda baş verən hadisələr ABŞ-nin strateji planının tərkib hissəsidir.”
Rəfiqə Namazəliyeva,
AzNews.az