Deputatların tətili bitdi

16 Yanvar 2026 09:00 (UTC+04:00)

Milli Məclis deputatlarının tətili başa çatıb.

Aznews.az xəbər verir ki, bu gündən Milli Məclisdə komitə iclaslarının keçirilməsinə başlanılacaq.

Məlumat üçün bildirək ki, Konstitusiyaya uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Milli Məclisin komitəsinin iclası haqqında komitə üzvü iclas gününə azı 2 gün qalmış xəbərdar edilməlidir.

Məlumat üçün bildirək ki, bu gün saat 11:00-da Ailə, qadın və uşaq məsələləri, saat 14:00-da isə Regional məsələlər komitəsinin iclası keçiriləcək.

Aznews.az