Gəncədə gənc oğlanı bıçaqlayan şəxs tutulub

16 Yanvar 2026 09:32 (UTC+04:00)

Gəncədə gənc oğlanı bıçaqlayan şəxs tutulub.

Aznews.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 2000-ci il təvəllüdlü Yaqub Vəliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 24 yaşlı Rəsul Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aznews.az