Sürücülük vəsiqəsi alanların sayı 2 dəfədən çox azalıb

16 Yanvar 2026 11:31 (UTC+04:00)

Azərbaycanda 2025-ci ildə 153 261 nəfərə sürücülük vəsiqəsi verilib ki, bu da 2024-cü illə müqayisədə 207 085 nəfər və ya 2,3 dəfə azdır.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sürücülük vəsiqəsi verilənlərdən 103 311-ü kişi (199 min 640 yəni 65,8 faiz azalma), 49 950-ü isə qadın (7445 və ya 13 faiz azalma) olub.

Aznews.az