Aznews.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun və iki övladının meyiti Adanada evlərində aşkarlanıb.
Belə ki, evdən silah səsləri eşidən qonşular polisə məlumat veriblər. Evə girən polislər 34 yaşlı Altunbaşı və iki uşağını hərəkətsiz vəziyyətdə tapıblar. Altunbaşın əvvəlcə uşaqlarını, sonra isə özünü güllələdiyi müəyyən edilib.
Ailənin binanın həyətində park edilmiş avtomobili də yanıb. İddiaya görə, Sergen Altunbaşın həyat yoldaşı bir müddət əvvəl mübahisədən sonra evi tərk edib. Onların 6 yaşlı oğulları Mert və 8 yaşlı qızları Ada ataları ilə yaşamağa davam ediblər./Unikal