Elmar Vəliyevin qaynı Gəncədə vəzifəyə təyin olundu

16 Yanvar 2026 14:19 (UTC+04:00)

Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə Yevlax Gömrük Postunun rəisi Nazim İsayev Gəncə Gömrük İdarəsinin rəisi təyin olunub.

AzNews.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Nazim İsayev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qaynıdır.

O, həmçinin Bərdənin icra başçısı Vidadi İsayevin kürəkənidir.

AzNews.az