17 yaşlı qız nişanlısını öldürdü

14 Sentyabr 2013 19:15 (UTC+04:00)
Türkiyədə 17 yaşlı qız ona təcavüz etmək istəyən nişanlısını aldadıb öldürdü. Holivud filmini xatırladan bu hadisə Ərzurum şəhərində baş verib.

17 yaşında olan gənc qız 23 yaşlı nişanlısı ilə qaçıb. Bir gün sonra nişanlısı onunla əlaqədə olmaqdan imtina etdikdə təcavüzə cəhd edib. Nişanlısına mane ola bilməyən qız oğlana "fantaziya işlədək" deyərək aldadıb.

Filmdəki kimi oğlanı çarpayıya bağlayan qız bərk əşya ilə onun başına vurub, daha sonra oğlanı kəmərlə boğub. Hadisədən sonra polisə gedən qız təslim olaraq deyib: "Məni aldadıb qaçırdı. Döyərək münasibətdə olmaq istədi. Mən də onu çarpayıya bağlayıb razı olduğumu dedim. Peşmanam, amma namusumu qorudum".

Müdafiəsini inandırıcı hesab edən məhkəmə cinayəti məcburən törətdiyinə görə qızın cəzasını ömürlük həbsdən 8 il 4 ay müddətinə həbs cəzasına endirib.(anspress)

AzNews.az