Robert Köçəryana qarşı məhkəmədə yeni ittihamlar irəli sürülüb

16 Yanvar 2026 22:19 (UTC+04:00)

Ermənistanda Köçəryan işi üzrə yeni mərhələ: məhkəmə ittihamların dəyişdirilməsini təsdiqlədi

Ermənistanda “1 mart” hadisələri ilə bağlı işin yenidən araşdırılmasından bir il sonra Antikorrupsiya Məhkəməsi sabiq prezident Robert Köçəryan və onun üç keçmiş yüksək vəzifəli silahdaşı barəsində irəli sürülmüş yeni ittihamları təsdiqləyib.

Məhkəmə qərarı ilə Robert Köçəryanın, keçmiş müdafiə naziri Seyran Ohanyanın, KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun və sabiq baş nazir müavini Armen Gevorkyanın hüquqi statusu dəyişdirilib.

Qərar elan edilməzdən öncə Robert Köçəryan çıxış edərək bildirib ki, yeni ittiham aktında Ermənistan Konstitusiyasına zidd müddəalar mövcuddur. Buna baxmayaraq, məhkəmə ittihamların qüvvədə saxlanılması barədə qərar qəbul edib.

Qeyd edək ki, “1 mart” işi 2008-ci ildə Ermənistanda baş vermiş iğtişaşlar və onların zorakılıqla yatırılması ilə bağlıdır və ölkənin ən rezonanslı siyasi-hüquqi proseslərindən biri hesab olunur.

AzNews.az