Axtarışda olan 126 nəfər saxlanılıb

17 Yanvar 2026 12:00 (UTC+04:00)

Ötən gün axtarışda olan 126 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Aznews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 16-da borclu qismində axtarışda olan 100 nəfər də saxlanılıb.